Hakan Fidan: "F-16 satınalma prosesinin yekunlaşmasını gözləyirik"


Türkiyə Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Türkiyənin F-16 tədarük prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.



Xarici işlər naziri Hakan Fidan bu gün İstanbulda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüşlərdə iki ölkə arasındakı əlaqələr hərtərəfli müzakirə olunub. Nazir Fidan həmsöhbətinə Türkiyənin F-16 satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.

O, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarın Türkiyə Böyük Millət Məclisinə aid olduğunu bildirib.

İki nazir Qəzzada davam edən insan faciəsini də qiymətləndiriblər. Müharibənin bütün bölgə üçün təhdid olduğuna diqqət çəkən nazir Fidan, dərhal atəşkəsin elan edilməsinin və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayaraq, iki dövlətli həll üçün danışıqlara ən qısa zamanda başlanılması çağırışı edib. .

Türkiyənin Qara dənizdə gərginlik istəmədiyini deyən nazir Fidan Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması istiqamətindəki işlərə də toxunub.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu