Hakan Fidan NATO toplantısında iştirak edəcək


Türkiyənin xarici işlər naziri Hakan Fidan 3-4 aprel tarixlərində Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək. Fidan terrorla mübarizəni gündəmə gətirəcək və Türkiyənin PKK/YPG ilə mübarizə ilə bağlı gözləntilərini çatdıracaq.


NATO xarici işlər nazirləri 2024-cü ilin ilk toplantısı üçün Brüsseldə toplanır. İclasın gündəliyinə ümumi çəkindirmə məsələləri, terrorizmlə mübarizə və Ukraynada baş verən proseslər daxildir. İsveç və Finlandiyanın üzvlükdən sonra Alyansın son vəziyyəti və Vaşinqton Zirvəsinə hazırlıq da gündəmdə olacaq.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan görüşdə NATO-nun terrora qarşı birgə mübarizə aparmalı olduğunu və bunun NATO-nun vəzifələrindən biri olduğunu bəyan edəcək. O, bir daha vurğulayacaq ki, bəzi NATO üzvlərinin PKK/PYD/YPG terror təşkilatı ilə tərəfdaşlıq münasibətlərinə girməsi qəbuledilməzdir.

Xarici işlər naziri Hakan Fidan müdafiə sənayesi sahəsində müttəfiqlərin bir-birinə sanksiya və məhdudiyyətlər tətbiq etməsinin ittifaqın ruhuna zidd olduğunu bəyan edəcək. O, Türkiyənin Avropanın müdafiəsi və təhlükəsizliyinin effektiv şəkildə necə təmin ediləcəyi ilə bağlı fikirlərini çatdıracaq.

Görüş çərçivəsində nazir Fidanın Britaniya, Almaniya, Bolqarıstan və Finlandiyalı həmkarları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu