Hakan Fidan Antoni Blinkenlə görüşüb


Ukraynanı Bərpa Konfransı üçün Londona səfər edən Türkiyə Xarici İşlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.


Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, Xarici İşlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Londonda keçirilən “2023 Ukraynanın Təkmilləşdirilməsi Konfransı” çərçivəsində görüşüb.

Görüşdə Ukraynadakı vəziyyət, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən İstanbul Taxıl Sazişi, NATO-nun genişlənməsi, Cənubi Qafqazda baş verən proseslər kontekstində Azərbaycan-Ermənistanın normallaşması və ikitərəfli münasibətlər müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu