Ərdoğan Blinkeni qəbul edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.
İstanbuldakı Vahdettin Köşkündə keçirilən qəbul mətbuata qapalı keçirilir.
Qəbulda xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk də iştirak edib.
Blinken görüşdən əvvəl xarici işlər naziri Hakan Fidan ilə görüşüb.