Blinken və Hakan Fidan Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq səylərini müzakirə ediblər


ABŞ dövlət katibi Antoni Blinken bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.


Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller açıqlama verib.

“Onlar münaqişənin genişlənməsinin qarşısını almaq və müharibənin humanitar nəticələrini minimuma endirmək məqsədi daşıyan diplomatik səyləri müzakirə ediblər. Dövlət katibi HƏMAS-ın zorakı hücumlarına dərhal son qoymağın və girovların azad edilməsinin vacibliyini bir daha bəyan edib”, - deyə məlumatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu