Blinken Gallantla telefonla danışıb


ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yaov Gallant ilə Qəzzadakı vəziyyətlə bağlı telefon danışığı aparıb.



ABŞ Dövlət Departamentinin bəyanatına görə, Blinken və Gallant Qəzzadakı məhbusları və fələstinlilərin humanitar yardıma ehtiyacını müzakirə ediblər.

Tərəflər həmçinin qalan əsirlərin azad edilməsini təmin etmək və Qəzzada ehtiyacı olan fələstinlilərə humanitar yardımın artırılması üçün aktiv səyləri müzakirə ediblər.

Blinken İordan çayının qərb sahili və Livan da daxil olmaqla, münaqişə və gərginliyin artmasının qarşısını almaq üçün ehtiyat tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.

İsrailin mülki əhali arasında itki verməməsi üçün bütün lazımi tədbirləri görməli olduğunu təkrarlayan Blinken, ABŞ-ın gələcəkdə Fələstin dövlətinin yaradılması üçün konkret addımları təşviq etmək öhdəliyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu