Blinken Hakan Fidanla İsrail və Həmas arasındakı müharibəni müzakirə edib


ABŞ dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla regionda münaqişənin yayılmasının qarşısını almaq, girovları azad etmək və Qəzzaya yardım göstərmək üçün region liderləri ilə işləmək zərurətini müzakirə edib.


Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

“Dövlət katibi prezident Baydenin ABŞ-ın Qəzza və İordan çayının qərb sahilindəki Fələstin xalqına 100 milyon dollarlıq humanitar yardım göstərəcəyi barədə bəyanatını təkrarladı. Tərəflər həmçinin İsveçin NATO-ya daxil olması ilə bağlı irəliləyişi müzakirə ediblər”, - deyə Miller əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu