Blinken: İsrailin mülki insanları qorumaq niyyəti ilə mövcud vəziyyət arasında fərq var


ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Vaşinqtonda görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Blinken İsrailin Qəzzada mülki insanları qorumaq niyyəti ilə mövcud vəziyyət arasında fərq olduğunu deyib. O bildirib ki, İsrail dinc sakinlərin qorunmasına önəm verməlidir.

Qəzzanın cənubundakı "kampaniya"dan təxminən bir həftə keçdiyini qeyd edən Blinken, İsrailin mülki əhalinin qorunmasına və humanitar yardımların artırılmasına əhəmiyyət verməsi lazım olduğunu vurğulayıb.

Blinken diqqətin təhlükəsiz zonalar və kommunikasiyanın yaxşılaşdırılmasına yönəldilməli olduğunu və insanların təhlükəsiz hara gedə biləcəklərini bilməli olduğunu bildirib.

O, İsrail ilə ABŞ arasında yüksək səviyyəli dialoqun davam etdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu