Hakan Fidan sabah Azərbaycana səfərə gəlir


Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək.

Bu barədə "Haber Global" məlumat yayıb.

Türkiyə XİN rəhbərinin ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxlərlə görüşləri nəzərdə tutulub.

Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində15 milyard dollarlıq ümumi ticarət dövriyyəsi hədəfinə çatmaq üçün görüləcək işlər, enerji və nəqliyyat sahələrində ortaq gündəm və layihələr müzakirə ediləcək.

Hakan Fidanın səfəri çərçivəsində Türkiyənin yaxın zamanda ev sahibliyi edəcəyi TDT-nin 13-cü Zirvə görüşü və COP31 ilə bağlı məsləhətləşmələr aparması da nəzərdə tutulur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu