Hakan Fidan Ceyhun Bayramov ilə telefonla danışıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov və Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.
Görüşlər zamanı tərəflər regionda, xüsusilə Yaxın Şərqdə artan gərginliyin azaldılması və münaqişələrin daha geniş coğrafiyaya yayılmasının qarşısının alınması üçün atıla biləcək diplomatik addımlar ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin prioritet məsələ olduğunu və sabitliyin qorunması üçün birgə koordinasiyanın vacibliyini vurğulayıblar.
Xatırladaq ki, son günlər regionda baş verən hərbi eskalasiya fonunda Türkiyə və Azərbaycan xarici işlər nazirləri arasında intensiv diplomatik təmaslar davam edir.

