Şri-Lankada daşqın və torpaq sürüşmələri nəticəsində 10 nəfər ölüb
Şri-Lankada güclü yağış nəticəsində baş verən sel və sürüşmə nəticəsində 10 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.
Şri-Lankanın müdafiə naziri Premitha Bandara Tennakoon yerli mətbuata verdiyi açıqlamada ölkə daxilində güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində 10 nəfərin həyatını itirdiyini bildirib.
Tennakoon itkin düşən 5 nəfərin axtarışlarının davam etdiyi barədə məlumat paylaşıb.
Yerli media həmçinin leysan yağışların bir çox rayonlara ziyan vurduğunu bildirib.