Avropa İttifaqı Ukraynaya 2,86 milyard avroluq müdafiə dəstəyi ayırıb



Avropa İttifaqı (Aİ) Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, raketlər, radarlar, radioelektron mübarizə sistemləri və sursat tədarükü üçün 2,86 milyard avro vəsait köçürüb. 

AFN.az xəbər verir ki, Aİ Komissiyası Ukraynanın təcili hərbi ehtiyacları üçün ayrılan yeni maliyyə dəstəyi ilə bağlı açıqlama yayıb.

Açıqlamada 90 milyard avroluq Ukraynaya Dəstək Kreditinin müdafiə komponenti çərçivəsində ölkəyə 2,86 milyard avro köçürüldüyü bildirilib.

Vəsaitin pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, raketlər, radarlar, radioelektron mübarizə sistemləri və sursatların tədarükünə yönəldiləcəyi qeyd olunub. Açıqlamada müdafiə avadanlıqlarının təcili çatdırılmasının Ukrayna ordusuna mülki əhalini və şəhərləri Rusiyanın hücumlarından qorumaqda kömək edəcəyi vurğulanıb.

Açıqlamada 2026–2027-ci illəri əhatə edən Ukraynaya dəstək krediti çərçivəsində təxminən 60 milyard avronun müdafiəyə, 30 milyard avronun isə büdcə dəstəyinə ayrıldığı xatırladılıb.

Bu il Ukraynanın müdafiə sənayesi potensialını dəstəkləmək məqsədilə ümumilikdə 28,3 milyard avro ödəniş edilməsinin planlaşdırıldığı bildirilib. Açıqlamada müdafiə komponenti üzrə ödənişlərin qarşıdakı həftələrdə də davam edəcəyi qeyd olunub.

Açıqlamada Aİ və üzv ölkələrin 2022-ci ildən bəri Ukraynaya ümumilikdə 231,5 milyard avro dəstək göstərdiyi də xatırladılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu