Cənubi Kiprdə dabaq xəstəliyinə görə məhv edilən heyvanların sayı 83 mini ötəcək



Cənubi Kipr Rum Administrasiyasında fevral ayından etibarən yayılmağa başlayan dabaq xəstəliyinə görə məhv edilən heyvanların sayının 83 mini keçəcəyi açıqlanıb. 

AFN.az xəbər verir ki, daha 3 min heyvanın məhv edilməsi planlaşdırılır.

Cənubi Kipr Baytarlıq Xidmətinin direktoru Xristodulos Pipis qəzetlərə açıqlamasında bildirib ki, yay aylarında dabaq xəstəliyinə yoluxmuş daha 3 min heyvan Avgoru, Mormenekşe, Aletriko, Aradip və Beşevler kəndlərindəki təsərrüfatlarda məhv ediləcək.

Pipis xəstə heyvanların məhv edilməsinə yaxın günlərdə başlanacağını və heyvan sahiblərinə kompensasiya ödəniləcəyini qeyd edib.

Rum mətbuatı 2026-cı il fevralın 20-də Larnaka bölgəsində baş qaldıran dabaq xəstəliyi səbəbindən indiyədək 80 mindən çox heyvanın məhv edildiyini yazıb. Bildirilib ki, son tədbirlərdən sonra Cənubi Kiprdə bu rəqəm 83 mini ötəcək.

Xəbərlərdə qeyd olunub ki, dabaq xəstəliyinə görə indiyədək 52 632 qoyun və keçi, 24 483 donuz və 3 018 iribuynuzlu heyvan məhv edilib. Rum heyvandarlıq istehsalçılarının əvvəlki mərhələlərdə olduğu kimi, heyvanların məhv edilməsinə etiraz edərək hökumətə narazılıqlarını bildirdikləri vurğulanıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu