Trampdan İrana növbəti mesaj: Nə edəcəyimizi gözləyin və görün
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmayacağını bildirib.
AFN.az xəbər verir ki, o, İrana qarşı atılacaq addımlarla bağlı gözləməyi və nəticəni görməyi tövsiyə edib.
Tramp noyabrın 3-də Konqresə aralıq seçkiləri ərəfəsində Alyaska ştatının Vasilla şəhərində keçirilən mitinqdə İranla bağlı gərginlikdən danışıb.
İranın nüvə silahına sahib olmayacağı barədə fikrini təkrarlayan Tramp İrana qarşı nə edəcəklərini gözləyib görməyi və ölkəyə layiq olduğu cavabı verəcəklərini bildirib.
Tramp, həmçinin Tayvanın qarşıdakı 20 il ərzində Alyaskada planlaşdırılan boru kəməri layihəsi çərçivəsində əldə ediləcək mayeləşdirilmiş təbii qazın (LNG) 30 faizini almağa razılaşdığını açıqlayıb.
Mitingdə iştirak edən ABŞ-ın ticarət naziri Hovard Latnik də Tayvanın Alyaskadakı boru kəmərinin inkişafı üçün 4,4 milyard dollar investisiya yatırmağı öhdəsinə götürdüyünü bildirib.
