Tramp: Razılaşmaya üstünlük veririk, lakin hərbi müdaxilə variantı da gündəmdədir



ABŞ Prezidenti Donald Tramp İranla razılığa gəlməyə üstünlük verdiyini, lakin diplomatik səylər nəticə verməyəcəyi təqdirdə güc tətbiqinin hələ də mümkün variant olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, ABŞ-ın Nevada ştatının Las Veqas şəhərində iqtisadiyyat mövzusunda keçirilən tədbirdə çıxış edən Tramp xarici siyasətdə İran məsələsinə də toxunub.

Tramp bildirib ki, İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklər. O, "Onlarla razılığa gəlməyə üstünlük verərəm, çünki insanların ölməsini istəmirəm", - deyə qeyd edib.

ABŞ Prezidenti həmçinin bildirib ki, İkinci Dünya müharibəsindən bəri ən böyük hücumu həyata keçirməyə hazır olduqlarını, lakin Körfəz ölkələrinin liderləri və İran rəsmilərinin hücumun dayandırılması və danışıqların aparılması ilə bağlı müraciətindən sonra planlaşdırılan əməliyyatları dayandırdığını söyləyib.

"Mənə zəng etdilər və dedilər ki, xahiş edirik bunu etməyin, gəlin danışaq. Hazırda danışıqlar aparırıq. Görək nə olacaq, amma onlar bizə hörmət göstərirlər", - deyən Tramp əlavə edib ki, danışıqlar uğursuz olarsa, İrana qarşı sərt zərbələr endirməyə hazır olduqlarını bir daha vurğulayıb.

ABŞ Prezidenti sonda əsas məqsədlərinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu bir daha təkrarlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu