Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacağına razılaşdı



ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşma çərçivəsində Tehran rəhbərliyinin heç vaxt nüvə silahına sahib olmayacağına dair razılığa gəldiyini bildirib.

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp mövzu ilə bağlı sosial media hesabında paylaşım edib.

ABŞ-İran razılaşması çərçivəsində Tehran rəhbərliyinin heç vaxt nüvə silahına sahib ola bilməyəcəyinə dair razılığa gəldiyini qeyd edən Tramp "Bundan əlavə, ABŞ-ın İrana 300 milyon dollar ödədiyi barədə xəbərlər də Demokratlar tərəfindən uydurulmuş yalan xəbərdir" ifadəsini işlədib.

Fransada keçiriləcək G7 sammitində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə gələn Trampın Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra jurnalistlərə verdiyi bəyanatda da İranın nüvə silahına sahib olmamağı qəbul etdiyini söyləmişdi.

Tramp "Əsas məsələ bu idi, çünki böyük ehtimalla nüvə silahları olsaydı, ondan istifadə edərdilər. Obamanın imzaladığı sazişi ləğv etməyim çox mühüm addım idi, çünki bu, nüvə silahına gedən yol idi. ABŞ üçün dəhşətli bir müqavilə idi" deyə bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu