İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik - Donald Tramp


ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə edə bilməyəcəyini bəyan edib.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, o vurğulayıb ki, ABŞ artıq İranın hərbi hava və dəniz qüvvələrini, həmçinin hava hücumundan müdafiə və radiolokasiya sistemlərini "darmadağın" edib.

Trampın sözlərinə görə, hazırda İranın hərbi potensialı kəskin şəkildə zəifləyib və ölkənin raket istehsalı gücünün təxminən 80%-i məhv edilib. Prezident rəsmi Tehranın əlində çox az imkanın qaldığını qeyd edərək, "İranın nüvə silahına sahib olmayacağını artıq hamı başa düşür" deyə bildirib.

Ağ Ev rəhbəri əlavə edib ki, həyata keçirilən strateji zərbələr İranın müdafiə sənayesinə ağır zərbə vurub və bu, regionda güclər nisbətini tamamilə dəyişib. Analitiklər Trampın bu bəyanatını Vaşinqtonun Tehran üzərində hərbi üstünlüyünün rəsmi təsdiqi kimi qiymətləndirirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu