Vals: ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır

ABŞ İranın nüvə proqramını məhdudlaşdırmaq üçün bütün variantları müzakirə edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.
Vals İranın nüvə obyektlərinə zərbələr endirilməsi ehtimalı ilə bağlı bəyanatları şərh edib. "Bütün variantlar masadadır. İranın nüvə silahı olmamalıdır, prezident Donald Tramp bu məsələdə tamamilə ciddidir", - deyə o bildirib.
Prezidentin müşaviri ümid etdiyini bildirib ki, Trampın may ayında Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə gözlənilən səfəri regionda bir sıra münaqişələrə son qoyulmasında irəliləyiş əldə etməyə imkan verəcək: "ABŞ hazırda Qırmızı dənizdə naviqasiya azadlığı uğrunda husilərlə mübarizə aparır və Qəzza zolağındakı vəziyyəti həll etməyə çalışır".