Pit Hegset: İran əsla nüvə silahına sahib ola bilməyəcək



ABŞ-ın müdafiə naziri Pit Hegset İranın raket istehsalı gücünün və hərbi dəniz donanmasının məhv ediləcəyini bəyan edərək, Tehranın əlinə fürsət düşməsinə baxmayaraq razılaşma imzalamaqdan imtina etdiyini bildirib.

AFN.az xəbər verir ki, Hegset sosial media hesabı vasitəsilə etdiyi açıqlamada İsrail və ABŞ tərəfdaşlığı ilə İrana qarşı həyata keçirilən hücumları qiymətləndirib.

ABŞ xalqını hədəf alan "güclü raketlərə" dözüm nümayiş etdirməyəcəklərini vurğulayan Hegset, İranın raket istehsalı potensialının və donanmasının yox ediləcəyini qeyd edib. O, prezident Donald Trampın bütün fəaliyyəti boyu dediyi kimi, İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyi ifadəsini işlədib.

Bundan əlavə, Hegset İranın imkan yaranmasına rəğmən saziş bağlamağı rədd etdiyini və hazırda bunun nəticələrinə qatlaşdığını müdafiə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu