İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahına sahib olardı - Netanyahu
![](/uploads/posts/2025-02/netanyahu4.jpg)
Əgər İsrail bunu dayandırmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edə bilərdi.
AFN.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.
"İranın nüvə silahına sahib olacağına heç bir şübhə yoxdur. Əgər biz onların qarşısını almaq üçün müxtəlif tədbirlər görməsəydik, onlar yəqin ki, 10 il əvvəldən bu edə bilərdilər. Biz onları yavaşlatdıq, lakin onları tamamilə dayandıra bilməmişik" - deyə baş nazir qeyd edib.
“Axios” portalı isə öz mənbələrinə istinadən yazıb ki, Netanyahu danışıqlar zamanı ABŞ prezidenti Donald Trampı İsrail ordusunu İranın yeraltı dərinlikdəki nüvə obyektlərini məhv edə biləcək silahlarla təmin etməyə razı salmağa cəhd etməyi planlaşdırıb. Portalın həmsöhbətləri belə bir zərbənin Tehranın nüvə proqramı ətrafında vəziyyətin diplomatik yolla nizamlanması üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə verilə biləcəyini qeyd ediblər.