Netanyahu İrana növbəti zərbə xəbərdarlığı etdi


İsrailin Baş naziri Benyamin Netanyahu yanvarın 28-də İrana hücumda rəhbərlik etdiyi dövlətin iştirakı ilə bağlı suala cavab verməkdən imtina edib.


“Mən heç vaxt konkret əməliyyatlar barədə danışmayacam. Yaxın Şərqdə hər dəfə partlayış baş verdikdə, ya bizim boynumuza qoyurlar, ya da bizi günahlandırırlar”, - AFN.az xəbər verir ki, Netanyahu CNN telekanalına müsahibəsində belə deyib.
“Mən İsrailin Baş naziri kimi əlimdən gələni edəcəyəm ki, İran açıq şəkildə bizə qarşı yönəlmiş nüvə arsenalı əldə etməsin”-deyə o, bildirib.
Benyamin Netanyahu əlavə edib ki, güc təhdidi İranın nüvə proqramını dayandırmağa qadir olan yeganə amil ola bilər. “Əgər bunun qarşısını almaq müvəffəqiyyətlə nəticələnməsə, hərəkətə keçməkdən başqa çarə qalmayacaq”.
“Mən düşünmürəm ki, iranlılar məğlub olacaqlarına görə müharibə istəmirlər. Onlar buna çox ehtiyatla yanaşırlar. Amma mən deyərdim ki, əgər belə bir ölkə nüvə silahına sahib olmaq istəyirsə, o zaman onlarla yüzlərlə müqavilə bağlasanız da yerinə yetirilməcək. Nüvə silahı əldə etməyə cəhd edən beş belə ölkədən üçünün qarşısı hərbi güclə alınıb”.
Netanyahu deyib ki, o, ABŞ-ı hərbi əməliyyatla hədələyən Səddam Hüseyn dövründəki İraqı, “nokaut”a salınmış Suriyanı və Müəmmər Qəddafi dövründə Liviyanı nəzərdə tutur.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu