Netanyahu: ABŞ və İran arasında istənilən nüvə razılaşmasına qarşıyıq


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar aparıldığı bildirilən istənilən müvəqqəti razılaşmaya qarşı olduğunu açıqlayıb.


AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, Netanyahu İsrail mediasında Vaşinqton və Tehran arasında sanksiyaların bir qədər yumşaldılması müqabilində İranın nüvə proqramını müəyyən qədər məhdudlaşdırmağa yönələcək razılaşmaların əldə edildiyinə dair xəbərlərdən sonra danışıb. Lakin o da məlumdur ki, bu xəbərlər təsdiqlənməyib və ABŞ belə bir razılaşmanı açıq şəkildə təkzib edib.

"İsrail ABŞ-ı məlumatlandırıb ki, mini razılaşmalar adlanan ən məhdud razılaşmalar bizim fikrimizcə, məqsədə xidmət etmir və biz də onlara qarşıyıq" - deyə Netanyahu bildirib.

İsrail rəsmiləri hesab edirlər ki, zənginləşdirməni məhdudlaşdırmaq üçün artıq bəzi razılaşmalar əldə olunub və bəzi vəsaitlər dondurulub.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller heç bir razılaşmanın olmadığını və xəbərlərin həqiqətə uyğun olmadığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu