Netanyahu: "Məqsədimizə çatana və qalib gələnə qədər davam edəcəyik"


İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın saxladığı məhbusların azad edilməsi müqabilində İsrail əsgərlərinin Qəzzadan çıxarılmasını ehtiva edən razılaşmanı qəbul etməyəcəyini bildirib.



Bu barədə Netanyahu Bnei David Hərbi Akademiyasında çıxışı zamanı bildirib.

Çıxışı zamanı Qəzzaya hücumların məqsədlərinə çatana və qalib gələnə qədər davam edəcəyini vurğulayan Netanyahu, mümkün məhbus mübadiləsi razılaşması üçün İsrail əsgərlərini Qəzzadan çıxarmayacaqlarını və İsrail həbsxanalarında olan minlərlə fələstinli məhbusu azad etməyəcəklərini deyib.

Qeyd edək ki, yanvarın 28-də Parisdə ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında yeni əsir mübadiləsi və atəşkəs məsələsini müzakirə etmək üçün görüş keçirilib.

İsrail baş nazirinin ofisi görüşün konstruktiv keçdiyini, lakin tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu