Netanyahu Baydenlə Qəzzadakı son hadisələri müzakirə edib


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə görüşündə Qəzzada baş verən son hadisələri müzakirə edib.



İsrail hökumətinin mətbuat xidməti Bayden və Netanyahu arasında 45 dəqiqəlik telefon danışığı ilə bağlı açıqlama verib.

Netanyahu qeyd edib ki, o, Baydenlə Qəzzada baş verən son hadisələri və İsrailin bütün məqsədlərinə çatmaq əzmini müzakirə ediblər.

Sözügedən məqsədləri HƏMAS-ın aradan qaldırılması, bütün məhbusların azad edilməsi və Qəzzənin artıq İsrail üçün təhlükə olmamasının təmin edilməsi olaraq sıralayan Netanyahu, Qəzzaya bu məqsədlərə çatmağa kömək edəcək lazımi humanitar yardımı təmin edəcəklərini də qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu