ABŞ-dan İsrailə atəşkəs çağırışı


ABŞ prezidenti Bayden İsrailin baş naziri Netanyahuya Qəzzada dərhal atəşkəs lazımdır və İsrail gecikmədən razılığa gəlməlidir deyib.



ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla danışıb. Ağ Evdən verilən açıqlamaya görə, iki lider arasında 30 dəqiqədən az davam edən telefon danışığı olub.

İkilinin gündəmində İsrailin Qəzzada "World Central Kitchen" yardım işçilərinə hücumu olub.

Hücumda həyatını itirən 7 yardım işçisindən biri ABŞ vətəndaşıdır.

Qəzzaya humanitar yardım aparan ABŞ-da yerləşən “World Central Kitchen” humanitar yardım təşkilatının qərbli rəsmilərinin İsrailin hücumu nəticəsində öldürülməsinə reaksiya verən Ağ Ev, İsrailin hadisəni tez bir zamanda araşdırması lazım olduğunu bildirib.

Görüş zamanı Bayden Netanyahuya yardım işçilərinə hücumların və ümumi humanitar vəziyyətin qəbuledilməz olduğunu bildirib.

ABŞ prezidenti bəyan edib ki, İsrail mülki əhaliyə dəyən zərər, insan iztirabları və yardım işçilərinin təhlükəsizliyini həll etmək üçün bir sıra konkret və ölçülə bilən addımlar elan etməli və həyata keçirməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu