Bayden Netanyahu ilə görüşdü: O, mülki şəxslərin müdafiəsini vurğuladı


ABŞ prezidenti Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında Qəzzadakı son vəziyyəti dəyərləndirib.


O, girovların xilas edilməsində İsrailə dəstəyini təkrarlasa da, Qəzzada qarşıdurma bölgələrində qalan mülki əhalinin HƏMAS üzvlərindən ayrılması və mülki şəxslərin qorunmasının zəruri olduğunu bildirib.

Ağ Evdən verilən açıqlamaya görə, Bayden İsraili qeyd-şərtsiz dəstəklədiyini vurğulayıb və Qəzzada girovların vəziyyətindən dərin narahatlığını ifadə edib. Beynəlxalq Qızıl Xaç Təşkilatına sözügedən girovların HƏMAS-ın əlindən xilas edilməsi üçün icazə verilməsi lazım olduğunu qeyd edən Bayden, girov mübadiləsinin dağılmasına görə də HƏMAS-ın məsuliyyət daşıdığını deyib.

Digər tərəfdən Bayden Qəzzada qarşıdurma bölgələrində qalan mülki vətəndaşların qorunmasının zəruri olduğunu, mülki şəxslərlə HƏMAS üzvlərini bir-birindən ayırmağın vacib olduğunu bildirib.

Qəzzaya daha çox humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayan Bayden İsrailin bölgəyə daha çox yanacaq vermə qərarını alqışlayıb.

ABŞ prezidenti həmçinin qeyd edib ki, İordan çayının qərb sahilində fələstinlilərə qarşı artan zorakılıqdan narahatdır və bölgədə sabitlik təmin edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu