İsrail: Qəzzada HƏMAS-ı hakimiyyətdə qoyacaq atəşkəs olmayacaq


İsrailin məhbusların azad edilməsi müqabilində iki aylıq atəşkəs təklif etdiyinə dair iddialardan sonra İsrail hökumətinin sözçüsü Eylon Levi bildirib ki, Qəzza zolağında HƏMAS-ın hakimiyyətdə qalacağı atəşkəs razılaşması olmayacaq.


Levi mətbuat konfransında verdiyi açıqlamada İsrailin “Qəzzada girovları tərk edəcək” və “Həmasın bölgədə hakimiyyətdə qalacağını təmin edən” atəşkəs razılaşmasını qəbul etməyəcəyini qeyd edib.

Əsirlərin sərbəst buraxılması üçün işlərin davam etdiyini bildirən Levi məsələ ilə bağlı təfərrüatları açıqlamayıb.

İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, HƏMAS tərəfindən saxlanılan məhbuslar mümkün razılaşma ilə azad edilsə belə, ölkəsi Qəzzaya hücumları dayandırmaq öhdəliyi götürə bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu