HƏMAS İsrailin yeni girov mübadiləsi təklifini rədd edib
HƏMAS hərəkatı İsrailin yeni məhbus mübadiləsi təklifini rədd edib.
AFN.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) bu barədə Misir rəsmilərinə istinadən yazıb.
Nəşrin məlumatına görə, hərəkat döyüşləri dayandırmağa razı olmayıb. “HƏMAS onlarla girov müqabilində İsrailin döyüşləri bir həftə dayandırmaq təklifini rədd etdi” - deyə müəllif vurğulayır.
Hərəkat bildirib ki, HƏMAS atəşkəs ilk qüvvəyə minənə qədər israilli girovların azad edilməsi məsələsini müzakirə etməyəcək. İsrail rəsmiləri deyirlər ki, HƏMAS İsraili daha dərin güzəştlərə getməyə məcbur etməyə çalışır. Yeni razılaşmanın bir hissəsi kimi İsrail 40 girovun azad edilməsini təmin etmək istəyirdi.
Dekabrın 19-da İsrail prezidenti İsaak Hersoq Qəzza zolağında humanitar fasiləyə və HƏMAS-ın saxladığı qalan girovların azad edilməsi üçün İsrailin atəşkəs rejimini bərpa etməyə hazır olduğunu bildirmişdi.