İsrail girovları azad etmək üçün Həmas ilə razılaşmanı rədd edib


İsrail girovları azad etmək üçün Fələstinin Həmas hərəkatı ilə 50/50 nisbətində razılaşmanı rədd edib.



Bu barədə İsrailin “Yediot Ahronot” nəşri məlumat yayıb.

Jurnalistlərin aydınlaşdırdığı kimi, İsrail qadınların uşaqlarından ayrılmamasını tələb edib. İsrail tərəfinin nümayəndələri 70 israilli girovun azad ediləcəyi təqdirdə sövdələşməni nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu 71 nəfərin azad edilməsini və hərbi əməliyyatların beş günlük dayandırılmasını nəzərdə tutan sazişi rədd edib.

HƏMAS daha əvvəl azı 50 girovu azad etmək üçün razılığa gəldiyini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu