HƏMAS girovları azad etməyə icazə verəcək?
Fələstinin HƏMAS hərəkatı İsrailin quru əməliyyatından ehtiyat etdiyi üçün girovları azad etməyə razılaşa bilər.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İsrail dövlətinin diplomatik mənbəsi bildirib.
Mənbə qeyd edib ki, əvvəllər HƏMAS bu məsələnin hər hansı müzakirəsindən qəti şəkildə imtina etsə də, indi girovların azad edilməsi istiqamətində meylli görünür: "Lakin hələ dəqiq qərar zamanı yetişməyib".
Mənbə vurğulayıb ki, atəşkəs razılaşması nə olursa olsun, müvəqqəti xarakter daşıyacaq və daha çox fasilə xarakterli olacaq. O, əlavə edib ki, bütün girovlar azad edilsə belə, bundan sonra da İsrailin HƏMAS-ı məhv etmək səyləri davam edəcək.