Həmas Qəzzada saxlanılan 240 girovun taleyi ilə bağlı məlumat vermir


Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan 240-a yaxın israilli girovun taleyi ilə bağlı məlumat yoxdur.



Bu barədə New York Times (NYT) məlumat yayıb.

Nəşrin yazdığına görə, HƏMAS girovların sağ olmasına, onlara yemək və ya dərman verildiyinə dair heç bir məlumat və sübut təqdim etməyib. Girovların ailələri bildirirlər ki, məlumat almamaq dözülməzdir. HƏMAS-ın Qırmızı Xaç işçilərinin girovlarla görüşmək üçün icazə verməməsi isə çarəsiz vəziyyət yaradıb.

Lakin Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrədəki qərargahı israrla bildirir ki, HƏMAS ilə danışıqlar aparmaq üçün mümkün olan hər şeyi açıq şəkildə və pərdə arxasında edir.

Bundan əvvəl HƏMAS-ın sözçüsü İzzat əl-Reşiq bildirmişdi ki, Qətər yaxın saatlarda yaxınlaşan girov müqaviləsinin təfərrüatlarını açıqlayacaq. Onun sözlərinə görə, saziş İsrail həbsxanalarında saxlanılan fələstinli uşaq və qadınların azad edilməsi müqabilində israilli qadın və uşaqların azad edilməsini nəzərdə tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu