Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı


Xəbər verildiyi kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb.

AFN.az Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedən nümayəndəliyin fəaliyyəti ilə bağlı yoxlama aparıb. Yoxlama zamanı bir sıra maliyyə pozuntuları, o cümlədən kənar xərclər və digər problemlər üzə çıxıb.

Bununla bağlı toplanmış materialların Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildiyi bildirilir.

Məlumata görə, məsələ ilə əlaqədar Elçin Yusubov da həmin idarəyə çağırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu