Çingiz Aytmatovun bacısı Roza Aytmatova 89 yaşında vəfat etdi



Dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatovun bacısı, tanınmış pedaqoq və alim Roza Aytmatova 89 yaşında vəfat edib. 

AFN.az xəbər verir ki, təhsil və elm sahəsindəki fəaliyyəti ilə tanınan Aytmatova qadın hüquqları və vətəndaş cəmiyyəti hərəkatlarının öncül nümayəndələrindən biri olub, 200-dən çox elmi və metodik məqalə yazıb.

Ömrünü təhsilə, elmə və cəmiyyətin inkişafına həsr edən Aytmatovanın vəfatı barədə ailəsi və yaxınları məlumat veriblər. O, fizika və riyaziyyat sahələrindəki elmi araşdırmaları ilə yanaşı, ölkəsində qadın hüquqları və vətəndaş cəmiyyəti hərəkatlarının mühüm öncüllərindən biri kimi tanınıb.

Aytmatova, həmçinin Aytmatov ailəsinin xatirəsini və mədəni irsini yaşadan əsərlər yaradıb. O, nümunəvi şəxsiyyəti və vətənpərvər mövqeyi ilə qırğız cəmiyyətinin hörmətli simaları arasında yer alıb.

Pedaqogika sahəsində 200-dən çox elmi və metodik məqalə yazan Roza Aytmatova 1937-ci il martın 8-də anadan olub.

Aytmatov 2008-ci il iyunun 10-da Almaniyada vəfat etdikdən sonra Roza Aytmatova qardaşının xatirəsini yaşatmaq məqsədilə ölkədə təşkil olunan bütün anım tədbirlərində və onun məzarı başında keçirilən mərasimlərdə fəal iştirak edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu