Hidrogen bombasının yaradıcısı vəfat etdi


Amerikalı fizik və dünyanın ilk hidrogen bombasının yaradıcılarından biri Riçard Lourens Qarvin 98 yaşında vəfat edib.



Bu barədə “The New York Times” (NYT) Qərvinin oğluna istinadən məlumat yayıb.

Amerikalı fizik çərşənbə axşamı, mayın 13-də Nyu-Yorkun Skarsdeyl şəhərindəki evində vəfat edib.

Riçard Qarvin 1928-ci ildə Klivlenddə anadan olub. 21 yaşında əfsanəvi fizik Enriko Ferminin rəhbərliyi altında doktorluq dissertasiyasını müdafiə edib. Cəmi 23 yaşında o, həmkarları ilə birlikdə dünyanın ilk hidrogen bombasını yaradıb.

Sonrakı onilliklər ərzində Qarvin Duayt Devid Eyzenhauerdən tutmuş Bill Klintona qədər bir çox ABŞ prezidentlərinə elmi və nüvə təhlükəsizliyi məsələləri üzrə məsləhətçi vəzifəsində çalışıb.

Amerikalı fizik 500-dən çox elmi məqalənin, 47 patentin müəllifidir və 2003-cü ildə ABŞ Milli Elm Medalı da daxil olmaqla bir çox mükafatların laureatıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu