Çində Çampi tayfunu səbəbindən 60 mindən çox insan təxliyə edilib
Çinin şərq sahillərində təsirini göstərən Çampi tayfunu səbəbindən riskli ərazilərdə yaşayan on minlərlə insan təhlükəsiz bölgələrə köçürülüb.
AFN.az xəbər verir ki, tayfunla əlaqədar ölkənin ən böyük şəhəri olan Şanxayda 60 mindən çox insan təxliyə edilib.
Çinin dövlət televiziyası CCTV-nin məlumatına görə, Şanxayda təxliyə işlərinə dünəndən başlanılıb.
Şanxayla yanaşı, ölkənin şərq sahilində yerləşən Ciangsu, Cıciang və Fucien əyalətlərində də qatar reysləri və uçuşlar ləğv edilib.
Çin Milli Meteorologiya Mərkəzi şimal-şərq istiqamətində Yaponiyaya doğru irəliləyən tayfunun sabah da Çinin şərq sularında və sahilyanı bölgələrində təsirli olmasının gözlənildiyini açıqlayıb.
Bu il Sakit okeanda yaranan ən güclü fırtına olan Çampi tayfunu dünən Tayvan sahillərində təsirli olub. Tayfun nəticəsində adada bir nəfər həyatını itirib, 527 nəfər isə yaralanıb.
