Tayvanda "Konq-rey" qasırğası səbəbindən 8600 nəfər təxliyə edilib
Tayvanda “Konq-rey” qasırğası səbəbindən adadın daşqın və sürüşmə təhlükəsi olan ərazilərindən 8600 nəfər təxliyə edilib.
Tayvan agentliyi CNA-ya görə, Fövqəladə Əməliyyatlar Mərkəzi (CEOC) Tayvan daxilində qurulmuş 71 təcili sığınacaqda 1321 nəfərin yerləşdirildiyini açıqlayıb.
Yeni Taypey, Tainan və Kaohsiung şəhərləri ilə Hsinchu, Nantou, Pingtung, Yilan, Hualien və Taitung əyalətlərində təxliyə işlərinin davam etdiyi bir vaxtda indiyədək 8600 nəfərin təhlükəsiz bölgələrə köçürüldüyü bildirilib.
Qasırğanın yaratdığı şiddətli tufan və daşqınlar nəticəsində 27 nəfər xəsarət alıb, lakin fəlakətlərdə həyatını itirən olmayıb.
Taroko Milli Parkında gəzintiyə çıxan 2 çex turistlə əlaqə saxlamaq mümkün olmayıb.
Güclü küləklər və yağıntılar adada daşqın və sürüşmələrə səbəb olub, evlərə, yollara və kritik infrastruktura ziyan vurub.
"Taiwan Power" elektrik şirkəti "Kong-rey" qasırğası səbəbiylə ada daxilində 153 min ev təsərrüfatının elektrik enerjisinin kəsildiyini, 63 min 500 ev təsərrüfatının isə hələ də işıqsız qaldığını bildirib.
Tayvanın şərqindəki Taitung və Haulien əyalətləri elektrik enerjisinin kəsilməsindən ən çox təsirlənən bölgələr olub.
Qasırğa səbəbiylə Tayvan Taoyuan Beynəlxalq Hava Limanında 241 uçuş ləğv edilərkən, Tayvan Dəmiryolu şirkəti şərq, qərb və cənub xətlərində qatar xidmətlərini dayandırdığını açıqlayıb.
Adanın inzibati mərkəzi olan Taypeydə məktəblər və iş yerləri bağlanıb.
Mərkəzi Meteorologiya İdarəsindən verilən məlumata görə, Tayvanın cənub-şərq sahillərində yerləşən Taitung əyaləti sahillərindən 50 kilometr aralıda şimal-şimal-qərb istiqamətində hərəkət edən "Konq-rey" tayfunun sabah axşama qədər adadakı yaşayış məntəqələrinə təsir edəcəyi gözlənilir.
Bildirilib ki, Çin materikində Tayvanın əks sahilində yerləşən Fucien əyalətində tayfun səbəbindən sahilyanı ərazilərdə və dəniz bölgələrində bərə xidmətləri və tikinti işləri dayandırılıb.
Tayfun səbəbindən Fucien və şimal Cijiang əyalətindəki çayların su səviyyəsinin artacağı gözlənildiyi halda, yerli hökumətlərdən daşqından qorunma tədbirlərini artırmaq istənilib.
Sürəti saatda 190 kilometr saata çatan "Kong-rey" bu il Sakit Okeanda baş verən 21-ci tayfundu.