Yaponiyada "Lan" qasırğasının yaratdığı güclü yağış və külək nəticəsində 20 nəfər xəsarət alıb
Yaponiyanın ən böyük yarımadası olan Kiiyə çatan "Lan" qasırğası ölkənin müxtəlif bölgələrində, xüsusilə Hyoqo, Osaka, Kyoto və Vakayama əyalətlərində güclü külək və yağışlara səbəb olub.
Rəsmilər güclü külək nəticəsində Hyoqo əyalətində 7, Osaka əyalətində 5, Kyoto əyalətində 3, Vakayama əyalətində 3 və Şiqa əyalətində 2 nəfər olmaqla ümumilikdə 20 nəfərin yaralandığını açıqlayıblar.
Qasırğa hava və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib, ölkə daxilində 800 uçuş ləğv edilib.
Naqoya və Şin-Osaka stansiyaları ilə Şin-Osaka və Okayama stansiyaları arasında bu günə planlaşdırılan bütün sürətli qatar xidmətləri ləğv edilib.
Kansai Elektrik Dağıtım Şirkəti tərəfindən verilən açıqlamada Osaka əyalətində 13 min 320, Kyoto əyalətində 4 min, Hyogo əyalətində 970, Vakayama əyalətində 7 min 950, Nara əyalətində 4 min 300 və Şiqa əyalətində 360 30 min 900 evdə elektrik kəsilməsi olduğu bildirilib.
Bəzi ərazilərdə daşqın və torpaq sürüşmələri baş verib. Yaponiya Meteorologiya Agentliyi (JMA) tayfunun bu gün axşam saatlarından etibarən Kinki, Şikoku və Çuqoku bölgələrinə çatmasının gözlənildiyini açıqlayıb.
Hökumət rəsmiləri riskli ərazilərdə yaşayanları mümkün daşqın və sürüşmələrə, eləcə də sahilyanı ərazilərdə müşahidə oluna biləcək yüksək dalğalara qarşı diqqətli olmağa çağırıb.
Yaponiyada təxminən 2 həftədir təsirli olan "Xanın" qasırğası nəticəsində 2 nəfər ölüb, ən azı 60 nəfər yaralanıb. Bir çox ərazilərə maddi ziyan dəyib.