Pakistanda iyunun 25-dən bəri musson yağışları nəticəsində 50 nəfər ölüb


Pakistanda təsirli olan musson yağışları nəticəsində iyunun 25-dən bu yana 14-ü uşaq olmaqla 50 nəfər həyatını itirib, 87 nəfər isə yaralanıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Milli Fəlakət İdarəsi Agentliyi (NDMA) musson yağışlarının ölkə daxilində həyata mənfi təsir etdiyini açıqlayıb.

İyunun 25-dən bəri Pəncab əyalətində güclü yağışlar nəticəsində 10-u uşaq olmaqla 34 nəfər, Hayber Paxtunxva əyalətində isə 4-ü uşaq olmaqla 10 nəfər ölüb.

Bəlucistan əyalətində 5 nəfər, Azad Cammu Kəşmirdə isə 1 nəfər ölüb.

İyunun 25-dən bu yana ölkədə yağan musson yağışları nəticəsində 14-ü uşaq olmaqla ümumilikdə 50 nəfər ölüb, 87 nəfər yaralanıb.

Davam edən yağışlar nəticəsində 60-dan çox evə ziyan dəyib.

Hər il iyun-sentyabr aylarında baş verən musson yağışları Pakistana böyük ziyan vurur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu