Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 80-ə çatıb


Pakistanda iyunun 25-dən bəri davam edən təsirli musson yağışları nəticəsində həyatını itirənlərin sayı 80-ə yüksəlib.


Milli Fəlakət İdarəsi Agentliyinin (NDMA) açıqlamasına görə, Pəncab, Sind və Bəlucistan əyalətlərində son 24 saat ərzində yağan güclü yağışlar nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

İyunun 25-dən etibarən ölkədə təsirli olan musson yağışları nəticəsində baş verən fəlakət və qəzalarda ölənlərin sayı 80-ə, yaralıların sayı isə 142-yə çatıb.

Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.

Ötən il Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub. Daşqın fəlakətinin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu