"Arsenal" “Mançester Siti” ilə xallarını bərabərləşdirib



İngiltərə Premyer Liqasının 8-ci turunda "Arsenal" doğma meydanda "Everton"u 2:0 hesabı ilə məğlub edib. 

AFN.az xəbər verir ki, bu qələbə sayəsində “topçular” lider “Mançester Siti” ilə xal fərqini aradan qaldırıblar.

İngiltərə Premyer Liqasının 8-ci turunda "Arsenal" və "Everton" komandaları üz-üzə gəlib.

“Emirates” stadionunda keçirilən qarşılaşmada "Arsenal" "Everton" üzərində 2:0 hesablı qələbə qazanaraq liqada ardıcıl qalibiyyət seriyasını üç oyuna çatdırıb.

“Topçular”a qələbə qazandıran qolları 7-ci dəqiqədə Ezri Konsa, 68-ci dəqiqədə isə Qabriel vurub.

Lider “Mançester Siti”nin məğlub olduğu turdan yaxşı yararlanan "Arsenal" rəqibi ilə xallarını bərabərləşdirib. 21 xal toplayan London təmsilçisi top fərqinə görə turu ikinci pillədə başa vurub.

Liqa çərçivəsində üç oyundur qələbə qazana bilməyən "Everton" isə 10 xalla kifayətlənib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu