"Mançester Siti" İngiltərə kubokunun qalibi oldu
“Mançester Siti” finalda “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edərək İngiltərə Kubokunun qalibi olub.
13-cü saniyədə "Mançester Siti"nin və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan matçda hesabı açıb. Bu, İngiltərə Kubokunun finalındakı ən tez vurulan qol olub.
33-cü dəqiqədə penaltidən cavab qolunu portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandes vurub.
Xosep Qvardiolanın qələbə qolunu 51-ci dəqiqədə yenə İlkay Gündoğan vurub və beləlikə “şəhərlilər” 7-ci dəfə İngiltərə Kubokunun qalibi olub.