“Mançester Yunayted” İngiltərə kubokunun finalında “Mançester Siti”nin rəqibi oldu


İngiltərə kubokunun yarımfinal matçında “Mançester Yunayted” penaltilər seriyasında “Koventri”ni mübarizədən kənarlaşdırıb və finalda “Mançester Siti”nin rəqibi olub.



İngiltərə Kubokunun yarımfinalında “Mançester Yunayted” və “Koventri Siti” komandaları üz-üzə gəlib.

“Mançester Yunayted” Uembley Stadionunda oynanan matçda 23-cü dəqiqədə Skott McTominay, 45+1-ci dəqiqədə Harri Maquayer və 58-ci dəqiqədə Bruno Fernandesin vurduğu qollarla 3:0 önə keçiblər.

“Koventri Siti” 71-ci dəqiqədə Ellis Simms, 79-cu dəqiqədə Kallum O'Hare və 90+5-ci dəqiqədə Hacı Raytın penaltidən vurduğu qollarla hesabı 3-3-ə çatdırıb.

Matçın normal vaxtı və əlavə vaxtı 3:3 hesablı bərabərliklə başa çatdıqdan sonra penaltilər seriyasına start verilib.

Penaltilər seriyasında rəqibinə 4:2 hesabı ilə qalib gələn “Mançester Yunayted” adını finala yazdıraraq “Mançester Siti”nin rəqibi olub.

Mançester derbisinin yer alacağı İngiltərə Kubokunun final oyunu mayın 25-də oynanılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu