Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ baş verib



Sakit okeanın Odlu Halqasında yerləşən ada ölkəsi Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb.

AFN.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Cənubi Sakit okeanda yerləşən Vanuatu ərazisində baş verib.

USGS sarsıntının Vanuatuya məxsus Sola yaşayış məntəqəsindən təxminən 200 kilometr qərbdə, dənizdə qeydə alındığını açıqlayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bölgədə baş verən sarsıntı nəticəsində dağıntıların və ya insan tələfatının olub-olmaması barədə hələlik məlumat verilməyib.

Tez-tez güclü zəlzələlərin və vulkanik aktivliyin müşahidə olunduğu Sakit okeanın Odlu Halqasında yerləşən Vanuatuda oktyabrın 20-də də 6,3 maqnitudalı zəlzələ baş vermişdi.

Ötən gün Tibetdə də 7 maqnitudalı zəlzələ qeydə alınmış, yüzlərlə ev dağılmış və 16 nəfər həyatını itirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu