Şimali Kaliforniya sahillərində zəlzələ baş verib
ABŞ-ın Şimali Kaliforniya sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Departamentin məlumatına görə, zəlzələ UTC saat 03:15-də (Bakı vaxtı ilə 07:15) qeydə alınıb. Zəlzələnin episentri Ferndale şəhərindən 167 kilometr cənub-qərbdə yerləşib. USGS, episentirin səkkiz kilometr dərinlikdə olduğunu açıqlayıb.