Hindistan-Banqladeş sərhədində 5,3 bal gücündə zəlzələ baş verib
Hindistan-Banqladeş sərhədində 5,3 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) Hindistanın Karimqanc şəhərindən 14 kilometr qərbdə, Banqladeş sərhədində təxminən 35 kilometr dərinlikdə 5,3 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
Hindistan Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasının 5,4, dərinliyinin isə 16 kilometr olduğunu açıqlayıb.
Hələlik zəlzələ ilə bağlı can və ya mal itkisi barədə məlumat verilmir.