Çili sahillərində 6,7 bal gücündə zəlzələ baş verib
Cənubi Amerika ölkəsi Çilinin Atakama bölgəsi sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) 6,7 bal gücündə zəlzələnin episentrinin ölkənin Atakama bölgəsindəki Vallenar şəhərindən 81 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
İlkin məlumata görə, 41 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.
Dünyanın ən çox seysmik hərəkətlərə malik ölkələrindən biri olan Çili “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Zonasında yerləşir.