Peruda 5,4 bal gücündə zəlzələ baş verib
Cənubi Amerika ölkəsi Peruda 5,4 bal gücündə zəlzələ baş verib.
Peru Geofizika İnstitutunun (PGI) məlumatına görə, episentri Perunun şimalındakı Huaral şəhəri olan 5,4 bal gücündə zəlzələ yerin 57 kilometr dərinliyində baş verib.
Peru səlahiyyətliləri tərəfindən verilən açıqlamada can və mal itkisinin olmadığı paylaşılıb.
Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Peru “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
15 avqust 2007-ci ildə Peruda baş verən 7,9 bal gücündə zəlzələdə 595 nəfər həyatını itirib.