Filippində 6,3 bal gücündə zəlzələ baş verib


Filippinin Namuak bölgəsində 6,3 bal gücündə zəlzələ baş verib.


ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Namuak bölgəsindən 73 kilometr şimalda olduğunu bildirib. İlkin məlumata görə, 41,3 kilometr dərinlikdə baş verən 6,3 bal gücündə zəlzələdə can və mal itkisi olmayıb.

Bundan öncə də iyun ayında ölkədə 6,2 bal gücündə zəlzələ baş vermişdi.

Qeyd edək ki, dünyada seysmik hərəkətlərin ən çox baş verdiyi ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu