Azərbaycanda yeni bankın yaradılması təklif olunur


Aqrar sahənin alternativ maliyyələşməsi üçün 500 milyon manat kapitallı Aqrar Sənaye Bankı yaradıla bilər.

"Report" xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, alternativ maliyyələşmə mənbəyi kimi aşağı faizli kreditlər təqdim edəcək Aqrar Sənaye Bankı yaradıla bilər: "Azərbaycan Dövlət Neft Fondundan təxminən 500 milyon manat vəsaitin həmin bankın ilkin kapitalı kimi ayrılması və vəsaitin istifadəsinə ciddi nəzarət mexanizminin tətbiqi məqsədəuyğun olardı. Bununla yanaşı, istehsal olunan kənd təsərrüfatı məhsullarının tarladan süfrəyədək çatdırılması prosesində 30 %-dən çox itki baş verir. Bu itkilərin azaldılması aqrar sahədə iqtisadi səmərəliliyin artırılması baxımından mühüm əhəmiyyət daşıyır".

O qeyd edib ki, kənd təsərrüfatına ildə 500 milyon manat vəsait yönəltməklə orta müddətli perspektivdə əsas məhsullar üzrə 5–7 % və daha çox artıma nail olmaq mümkündür: "Hazırda büdcə vasitəsilə aqrar sahəyə 1 milyard manatdan çox vəsait ayrılsa da, əldə olunan iqtisadi artım hələlik mövcud potensialdan xeyli aşağıdır".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu