Nazirlər Kabinetində Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib


Bu gün İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib.

AFN.az-a Nazirlər Kabinetindən xəbər verilib ki, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri ətraflı müzakirə olunub.

İclasda kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, habelə regionlarda məşğulluğun qorunması və digər cari məsələlər diqqət mərkəzində olub.

Gündəlikdə olan məsələlər üzrə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış edərək rəy və təkliflərini bildiriblər.

İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı strateji qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu